Separatçılar təsdiqlədilər: Avqustun 22-də Sərsəngdə...

2022-08-24 16:30:00

Separatçılar təsdiqlədilər: Avqustun 22-də Sərsəngdə...

Xankəndidəki separatçılar avqustun 22-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələrinin Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirmələrini təsdiqləyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə separatçıların “informasiya mərkəzi” məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 44 günlük müharibədən sonra su ehtiyatlarının idarə olunması, içməli və suvarma suyunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 2021-ci ildən Azərbaycanın aidiyyəti qurumları ilə əlaqə saxlanılır:

“Sərsəng sularından qarşılıqlı istifadə məsələsini müzakirə etmək məqsədilə növbəti görüş Sərsəng su anbarının yaxınlığında keçirilib. Görüşdə su ehtiyatlarından səmərəli istifadənin mümkün variantları barədə fikir mübadiləsi aparılıb.

Yaxın gələcəkdə müzakirələr davam etdiriləcək və Sərsəngə bitişik ərazilərdə elektrik enerjisi istehsalı və suvarma ehtiyacları, eləcə də içməli və suvarma suyuna olan tələbatla bağlı qərarlar qəbul ediləcək”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062949