Saat:10:20
Haqqımızda

"Separatçılar olan yerdə "atəşkəs" ola bilməz" - ELXAN ŞAHİNOĞLU

2022-11-30 10:03:00

"Rusiya "sülhməramlı kontingenti" də ermənilərlə yenə səs-səsə verərək, "Azərbaycan tərəfdən atəşkəs pozularaq Dağlıq Qarabağ postu atəşə tutulub" açıqlamasını yayıblar və u bir neçə sözdən ibarət cümlədə xeyli hüquq pozuntusu var"

"Erməni siyasətçilər və ekspertlər qabaqdangəlmişlik edərək Azərbaycan ordusunun Laçın dəhlizini bağlamağa hazırlaşdığını açıqlayırlar. Onlar son zamanlar Qarabağda gərginliyin və atəş səslərinin artmasını bununla əlaqələndirirlər". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, bu, gizli mövzu deyil, Ermənistanla Qarabağ arasındakı yolun nəzarətə götürülməsi Azərbaycanda əsas müzakirə predmetidir: "Rusiya "sülhməramlı kontingenti" də ermənilərlə yenə səs-səsə verərək, "Azərbaycan tərəfdən atəşkəs pozularaq Dağlıq Qarabağ postu atəşə tutulub" açıqlamasını yayıblar. Bu bir neçə sözdən ibarət cümlədə xeyli hüquq pozuntusu var. "Dağlıq Qarabağ" bölgüsü yoxdur, "separatçıların postu" olmamalıdır. Bu, Azərbaycanın ərazi bütövlüyünə ziddir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri əlavə edib ki, separatçılar olan yerdə "atəşkəs" ola bilməz: "Bütün bunlara görə də sülhə hələ çox var".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR