Separatçılar 9 sentyabra hazırlaşır: yeni quldurbaşı kim olacaq? - Ermənistan KİV

2023-09-06 09:52:51

Separatçılar 9 sentyabra hazırlaşır: yeni quldurbaşı kim olacaq? - Ermənistan KİV

Qarabağdakı separatçı quldurlar özlərinə yeni rəhbər seçmək üçün hazırlıqlara başlayıblar. DİA.AZ Jamaz.info-ya istinadla xəbər verir ki, Arayik Harutyunyanın “istefa”sından sonra özlərinə yeni “rəhbər” seçməyə qərar vermiş separatçılar yeni quldurbaşını 9 sentyabrda müəyyənləşdirmək fikrindədirlər.

“Hraparak” qəzeti bununla bağlı yazır ki, “namizəd”lərin irəli sürülməsi prosesi 7 sentyabrda başa çatacaq. Bundan sonra isə separatçıların qondarma “parlamenti” yeni qurldurbaşını müəyyən etmək üçün “səsvermə” keçirəcəklər.

“Joqovurd” qəzeti isə bununla bağlı yazır ki, indiyə qədər heç bir separatçı “namizədliyini” irəli sürməyib. “Lakin Qarabağda Samvel Şahramyanın rəhbər seçiləcəyi daha real görünürü. Çünki ona həm ən yaxın adamı olan Bako Sakyan, daha sonra Arkadi Qukasyan dəstək verirlər. Bundan başqa, Xankəndidəki bəzi siyasi çevrlər də Samvelə pis yanaşmırlar”.

Bu əsnada Ruben Vardanyanın məsələsi də gündəmə gəlib. Ermənistan mediası onun yeni quldurbaşı olmasının təhlükəli ola biləcəyini qeyd edir. Üstəlik, onun “namizəd” olmayacağı da vurğulanır. İndiyə qədər Vardanyan da bununla bağlı hər hansı fikir bildirməyib.

Bundan başqa, Ruben Vardanyan yaxın çevrsəinə də bildirib ki, onun Qarabağdakı separatçıların yanında “vəzifə” tutmaq niyyəti yoxdur. Yəni, Rusiyanın bölgədəki adamı nəinki quldurbaşı, heç “nazir” də olmaq fikrində deyil.

Maraqlıdır ki, Azərbaycanın bu məsələyə münasibəti bəlli deyil. Rəsmi Bakı bununla bağlı hər hansı açıqlama da verməyib. Görünür, Azərbaycan məsələyə ya adi bir hal kimi baxır, ya da hansısa ciddi planlarının icrasına hazırlıq görür. Hər halda, separatçıların bu addımlarını pozmaq, onlara layiq olduqları yeri göstərmək lazımdır. Əks təqdirdə, bu quldur dəstəsi yenidən üzərimizə hücum çəkməyə, özlərini cəzasızlıq mühitində hiss etməyə davam edəcəklər.

JAMAZ.İNFO


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.131980