Saat:03:07
Haqqımızda

Separatçı rejimin nümayəndəsi Azərbaycan rəsmiləri ilə Laçına gedib? - AÇIQLAMA

2022-08-10 16:33:00

Separatçı rejimin nümayəndəsi Azərbaycan rəsmiləri ilə Laçına gedib? - AÇIQLAMA

Qarabağdakı separatçı rejimin Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan avqustun 8-də Azərbaycan rəsmiləri ilə birlikdə Laçında olub və sakinlərə yaxın vaxtlarda Azərbaycan tərəfinə hansı evlərin təhvil veriləcəyini göstərib.
Hurriyyet.az
yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə qondarma rejimin Laçındakı nümayəndəsi Narek Aleksanyan məlumat yayıb.
“Balasanyan Azərbaycan rəsmiləri ilə olub, rus komandirləri də onların yanında idilər”, - Aleksanyan bildirib.
Bu haqda qondarma rejimin Təhlükəsizlik Şurasından sözügedən “Tetr.am” saytına bildirilib:
“Təhlükəsizlik Şurası katibinin Laçın şəhərinə səfəri Qarabağı Ermənistana birləşdirən yeni marşrutun tikintisinin gedişi ilə tanış olmaq üçün 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla şərtlənir. Səfər Qarabağda yerləşən Rusiya sülhməramlı qoşunları, eləcə də Azərbaycan tərəfinin nümayəndələri ilə birgə baş tutub”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR