Separatçı “deputatlar“ aksiya yerinə buraxılmadı

2022-12-12 14:45:00

Separatçı “deputatlar“ aksiya yerinə buraxılmadı

Sülhməramlılar qondarma rejimin “deputatları”nı aksiya keçirilən əraziyə buraxmayıblar.

Hurriyyet.az xəbər verir ki, Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı QHT nümayəndələri hazırda Xankəndiyə gedən əsas yolu bağlayıblar.

Bir qrup separatçı “deputat” nə baş verdiyini öyrənmək üçün hadisə yerinə getmək istəsə də, sülhməramlılar Kərkicahan istiqamətindəki ilk keçid məntəqəsində onları geri qaytarıb. Rus hərbçilər komandanlıqdan avtomobillərin hərəkətinin dayandırılması ilə bağlı əmr aldığını deyib. Onlar separatçı qurumun “parlament üzvləri"nin əraziyə gəlişinin qarşısını alıblar.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.429899