“SEPAH” TERRORÇULARI AZAD ETDİ – İran növbəti dəfə əsl simasını ortaya qoyur

“Hüseyniyun” terror təşkilatının “rəhbərləri” “Sepah”ın işə qarışması nəticəsində sərbəst buraxılıblar.
Hurriyyet.az xəbər verir ki, bu barədə rəsmi “İran” qəzetinin anti-Azərbaycan mövqeyi ilə bilinən jurnalisti Məhəmməd Mütləq “Tvitter” hesabında paylaşım edib.
Paylaşımda bildirilir:“Hüseyniyun” rəhbərləri “Sepah”ın işə qarışması nəticəsində həbsdən çıxarılıblar və evə buraxılıblar. Bu iki “dəyərli insanın” ən əsas problemi həddən artıq iranlı olmalarıdır. Onlar İranın təəssübünü bizdən çox çəkirlər”.
Xatırladaq ki, molla rejiminə bağlı terrorçu “Hüseyniyyun” (Hüseynçilər-red.) qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov bir neçə gün öncə İranın Qum şəhərində saxlanılıblar.
Son günlər bir sıra yerli mətbu orqanlarda bu iki şəxsin İran-Azərbaycan münasibətlərinin normallaşması adına Azərbaycana ekstradisiya ediləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Ancaq görünən odur ki, İran rejimi ikitərəfli münasibətlərin normallşmasında o qədər də maraqlı deyil, bu iki şəxsin həbsi isə sadəcə gözdən pərdə asmaq üçün ortaya atılan, saxta xoş niyyəti təcəssüm etdirən oyundan ibarət imiş.
Onu da bildirək ki, Orxan Məmmədov və Tohid İbrahimbəyli barəsində Azərbaycanda “dövlətə xəyanət” və “terrorçuluq” maddələriylə cinayət işi açılıb və axtarışdadırlar. Azərbaycan tərəfi daha öncə bir neçə dəfə rəsmi formada İrana müraciət edərək, sözügedən terror təşkilatının üzvlərinin ölkəmizə ekstradisiyasını tələb etmişdi.
"MOUZE" telegram kanalının hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, fars rejimi terrorçuları Azərbaycana verməkdən imtina edib və sərbəst buraxıb.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir müddət əvvəl yayılan rəsmi məlumatda qeyd olunurdu ki, aparılan araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib. Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib. Tohid İbrahimbəyli və Orxan Məmmədov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən rəsmi olaraq beynəlxalq axtarışa veriliblər.
Azpolitika.info
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya