SEPAH polkovniki Suriyada öldürüldü
2022-11-23 13:35:00
![SEPAH polkovniki Suriyada öldürüldü](/frontend/uploads/images/iran-inqilab-kesikciler-sepah.jpg)
İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) zabiti polkovnik Davud Cəfərinin Suriyanın paytaxtı Dəməşq yaxınlığında öldürüldüyünü açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, İRNA-nın məlumatına görə, SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirib ki, sözügedən polkovnik çərşənbə axşamı səhər saatlarında Suriyanın paytaxtı Dəməşq yaxınlığında yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub.
Polkovnik Cəfərinin SEPAH-ın Hava və Kosmik Qüvvələrinə rəhbərlik etdiyi bildirilib.
Polkovnikin Suriyada “məsləhətçi” kimi xidmət etdiyini müdafiə edən SEPAH hadisədə İsraili günahlandırıb və bombanın hadisə yerinə “İsrail agentləri” tərəfindən qoyulduğunu iddia edib.
yeniavaz.com
![](/frontend/uploads/files_son/QAZ12.jpg)