SEPAH komandiri Tehranda sui-qəsd nəticəsində öldürüldü
2022-05-23 09:56:00
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandirlərindən olan Səyyad Xodai Tehranda evinin qarşısında qətlə yetirilib.
Bu barədə Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir.
Məlumta görə, motosiklet sürən iki nəfər Xodainin olduğu avtomobilə yaxınlaşaraq atəş açıblar. Ona beş güllə vurulub və SEPAH üzvü hadisə yerində ölüb.
İran hüquq-mühafizə orqanları hadisəni törədənləri axtarır.