SEPAH İraqın Ərbil şəhərini artilleriya atəşinə tutub

2022-05-11 18:23:00

SEPAH İraqın Ərbil şəhərini artilleriya atəşinə tutub

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının İraqın şimalında yerləşən Ərbil şəhərini artilleriya atəşinə tutduğu barədə məlumat yayılıb.
Məlumatda terrorist qruplaşmaların mərkəzlərinin vurulduğu iddia olunsa da, hansı qrumların sığınacaqlarının atəşə tutulması açıqlanmayıb.
SEPAH-ın mayın 11-də Ərbilə hücumu Suriyanın bu gün səhər saatlarında İsrail qırıcılarının bu ölkədə bir neçə hərbi bazaya hücumu barədə yaydığı xəbərdən sonra baş verib.
Qeyd edək ki, bundan öncə martin 13-ü bazar günü İran qüvvələri İraqın Ərbil şəhərinə "Fateh-110" balistik raketləri atıb.
İran rəsmilərinin raketlərin İsrailin Ərbildə yerləşən təlim mərkəzinə atıldığını iddia etməsinə baxmayaraq, araşdırmalar hədəfin mülki yaşayış məntəqəsi olduğunu sübut edib.
Məsələ ilə bağlı hələlik İraq rəsmiləri hər hansı açıqlama verməyiblər.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya