SEPAH-ın Tehranda yerləşən qərargahında ard-arda partlayış baş verib

2022-08-04 16:12:00

SEPAH-ın Tehranda yerləşən qərargahında ard-arda partlayış baş verib

Avqustun 3-ü yerli vaxtla gecə saat 21:15-də SEPAH-ın Tehrandakı qəragahında ardıcıl partlayışlar meydana gəlib. Hadisə İnqilab Keşikçiləri Korpusunun "Məhəmməd Rəsullullah" briqadasının komandanlıq mərkəzinin "Bahonər" adına Bəsic qüvvələrinin yerləşdiyi ərazidə baş verib.
İran hökumətinə müxalif Xalq Mücahidləri Təşkilatı bildirib ki, ardıcıl baş verən iki partlayış son vaxtlar əsassız və saxta ittihamlarla edam edilən ölkə vətəndaşlarına qarşı ədalətsizliyə cavab olaraq həyata keçirilib.
Qərargaha edilən hücum və partlayışın məsuliyyətini hələlik heç bir təşkilat öz üzərinə götürməsə də, bununla bağlı məlumatın Xalq Mücahidləri Təşkilatı tərəfindən yayılması hücum əməliyyatının həmin təşkilat tərəfindən həyata keçirildiyi ehtimalını artırır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055700