SEPAH-ın heyəti indi də Venesuela yoluna düşdü...İsraildən XƏBƏRDARLIQ...

2022-06-17 14:37:00

SEPAH-ın heyəti indi də Venesuela yoluna düşdü...İsraildən XƏBƏRDARLIQ...

Rəsmi Tel-Əviv açıqlama verib ki, İran-Venesuela təyyarəsində İranın yüksək vəzifəli rəsmiləri və SEPAH-ın üzvü olub. Belə ki, İsrailin Buenos Ayresdəki səfirliyi Argentina hava limanına eniş edən İran-Venesuela təyyarəsinin sərnişinlərindən birinin SEPAH-a bağlı şəxs olduğunu bildirib.
Səfirliyin bu barədə yaydığı bəyanatında deyilir: "Son vaxtlara qədər İranın "Mahan Air" aviaşirkətinə məxsus olan təyyarə bir neçə gün öncə bir qrup İran rəsmisi və "Fars Air Qeshm" avişirkətinin yüksək vəzifəli əməkdaşı ilə Argentinaya eniş edib.
Məlumata görə, "Mahan Air" və "Fars Air Qeshm" avişirkətləri SEPAH-ın Qüds qanadı üçün silah, təchizat, habelə Cənubi Amerikada insan qaçaqmalçılığı ilə məşğul olurlar. Hər iki şirkət terrorçuluq fəaliyyətinə görə Amerika hökuməti tərəfindən cəzalandırılmaq üçün hədəfə alınıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya