SEPAH-ın hərbi katerləri Amerikanın 2 gəmisinə qarşı təxribat törədib

2022-06-21 13:13:00

SEPAH-ın hərbi katerləri Amerikanın 2 gəmisinə qarşı təxribat törədib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 3 hərbi kateri iyunun 20-də Körfəzdə yüksək sürətlə və təhlükəli manevr edərək Amerikaya məxsus 2 gəmiyə yaxınlaşıb.
"The Washington Post"un məlumatına görə, "USS Sirocco" patrul gəmisi və "USNS Chacta County" yük gəmisi Körfəzin beynəlxalq sularından keçərkən SEPAH-ın sürət katerləri onlara yaxınlaşıb.
Məlumata görə, katerlər təxminən 1 saat gəmilərin ətrafında dövrə vurub, daha sonra isə məkandan uzaqlaşıblar.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya