Saat:18:56
Haqqımızda

SEPAH-ın daha bir komandiri öz mənzilində öldürüldü - İsraildən açıqlama

2025-06-21 10:25:50

SEPAH-ın daha bir komandiri öz mənzilində öldürüldü - İsraildən açıqlama

Hurriyyet.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Fələstin bölməsinin komandiri Səid İzadi Qum şəhərindəki mənzilində İsrail qüvvələri tərəfindən öldürülüb. Bu barədə  İsrailin müdafiə naziri İsrael Kats məlumat verib.
Bundan əvvəl İran mətbuatı İsrailin Qum şəhərinə zərbələri nəticəsində iki nəfərin həlak olduğunu, dörd nəfərin yaralandığını xəbər vermişdi.
Katsın sözlərinə görə, 7 oktyabr hücumundan əvvəl "İzadi HƏMAS-ı maliyyələşdirib və silahlandırıb".
"Ynet" nəşrinin yazdığına görə, nazir deyib: "Bu, İsrail kəşfiyyatı ilə Hərbi Hava Qüvvələri üçün böyük nailiyyətdir... İsrailin uzun əli onun bütün düşmənlərinə çatacaq".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.160064