SEPAH generalı Azərbaycanı hədələdi
.jpg)
SEPAH-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin öldürülməsinin üçüncü ildönümü münasibətilə yanvarın 3-də İranın Astara şəhərində keçirilən tədbirdə çıxış edən İslam İnqilabının Keşikçilər Korpusunun ikinci briqada generalı Əlirza Tənhayi Azərbaycana qarşı təhdid dolu açıqlama verib.
Hurriyyet.az bildirir ki, İSNA-nın xəbərinə görə, o, Azərbaycan rəsmilərinin bir sıra addımlarına və açıqlamalarına toxunaraq iddia edib: "Azərbaycan Ukrayna və Səddamın səhvlərini təkrarlamamalı və bilməlidir ki, İran İslam Respublikası regionun qüdrətli ölkəsi olaraq heç vaxt sərhədlərinin təhdid edilməsinə imkan verməyəcək".
"İranda və onun periferik bölgələrində əmin-amanlığı pozmaq məqsədi daşıyan istənilən addıma İslam Respublikasının silahlı qüvvələri tərəfindən qətiyyətli cavab veriləcək",-deyə general təhdid edib.
milli.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya