SEPAH Əfqanıstanda yenidən dirçəlməyə çalışır

SEPAH Əfqanıstanda yenidən dirçəlməyə çalışır. Belə ki, İran hökuməti Qərb və Avropa ölkələri tərəfindən sıxışdırıldıqca Talibanla əlaqələrini genişləndirməyə və arada olan gərginliyi azaltmağa cəhd göstərir.
Ancaq Tehran hökuməti bunu çox saylı sanksiyalara məruz qalan SEPAH vasitəsilə həyata keçirmək istəyir. Bu işə İranın Əfqanıstandakı xüsusi nümayəndəsi SEPAH komandirlərindən olan general Həsən Kazimi Qumi başçılıq edir.
O, martın 16-da verdiyi açıqlamada Taliban İslam Əmirliyi ilə ticarət mübadiləsini artırmaq üçün razılıq əldə etdiyini iddia edib.
"Xəvaf-Herat dəmir yolunun açılması, Çabahar limanında kommersiya fəaliyyətinin artırılması, sərhəd terminallarında tranzit maneələrin aradan qaldırılması müzakirə olunan əsas mövzular arasında olub", deyə SEPAH komandiri bildirib.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya