SEPAH-dan şok: İran böyük müharibə ilə qarşılaşıb

2022-11-28 09:45:00

SEPAH-dan şok: İran böyük müharibə ilə qarşılaşıb

İsrail məhv olacaq, islam inqilabı isə sarsılmadan qalacaq.

Hurriyyet.az xəbər verir ki, bu sözləri SEPAH komandanı, general Hüseyn Salami deyib.

O bildirib ki, İran düşmənlərin və bütün dünyadan bidətçilərin islam inqilabına qarşı nəhəng müharibəsi ilə üz-üzədir:

“Əmin ola bilərsiniz ki, sionist rejim yıxılacaq, ancaq islam inqilabı zərər görməyəcək. Düşmən hiylələri məqsədinə çatmayacaq”.

O, ABŞ, Böyük Britaniya, İsrail, Almaniya, Fransa və Səudiyyə Ərəbistanını İranda gərginlik yaratmaq üçün təfriqçi mediadan istifadə etməkdə ittiham edib və bildirib ki, İran xalqı ayıqdır, düşmənin planlarını pozur.

Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya, İsrail və Ərəbistan İrana qarşı maksimal güclə fəaliyyət göstərirlər:

“Bu “dünya müharibəsi” Amerika və İsrail rejimləri və onların müttəfiqləri üçün məzarlığa çevriləcək”.

axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.330521