Sentyabrın 16-sı axşamdan... - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
2024-09-14 17:51:38
Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Hurriyyet.az xəbər verir ki, bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.