“Sentyabra qədər Qarabağda..." - Abramyandan ŞOK İDDİA

2022-08-02 15:59:00

“Sentyabra qədər Qarabağda...

Azərbaycan Ermənistan hökuməti qarşısına iki tələb qoyub.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Deputat Azərbaycanın tələblərindən birinin Qarabağdakı qanunsuz silahlı qüvvələrin çıxarılması ilə bağlı olduğunu bildirib:

“Birincisi, Ermənistan Silahlı Qüvvələrinin Qarabağda mövcudluğuna aiddir. 44 günlük müharibədən sonra Ermənistan hərbçilərinin Qarabağa gedişi dayandırıldı. Bundan əvvəl görülən işlər nəticəsində sentyabr ayına kimi Qarabağda Ermənistan qeydiyyatında olan hərbçi olmayacaq”.

Abramyan bununla bağlı Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlamasını xatırladıb.

Onun sözlərinə görə, Azərbaycanda prioritet gündəm hesab edilən ikinci məsələ Ermənistan ərazisindən Naxçıvana dəhlizin açılmasıdır:

“Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Ermənistan hökumətinin bu tələbi yerinə yetirməsə, Laçın dəhlizi ilə bağlı yanaşmalarına yenidən baxacaqlarını bildirib. Sadə dillə desək, əgər Ermənistan dəhliz vermirsə, yaxud sərhəddə keçid məntəqəsi qoyursa, o zaman Azərbaycan da Laçın dəhlizində keçid məntəqəsi quracaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062988