Saat:07:27
Haqqımızda

SENSASİYA: dünya çempionu və gümüş mükafatçı qrupda qaldı - YENİLƏNİR

2025-05-26 19:33:39

SENSASİYA: dünya çempionu və gümüş mükafatçı qrupda qaldı - YENİLƏNİR

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.

Hurriyyet.Az xəbər verir ki, Milli Gimnastika Arenasında gerçəkləşəcək 8 oyundan sonra E, F, G və H qruplarında 1/8 finala vəsiqə qazanacaq bütün komandaların adları müəyyənləşəcək.

Mübarizəni davam etdirmək üçün qrupda birinci və ya ikinci yeri tutmaq lazımdır.

26 may

12:45 Kosta Rika - Tailand 1:4

Tailand yığması 1/8 finala yüksəlir

14:00 İsrail - İspaniya 4:1

İspaniya komandası mübarizəni erkən dayandırır, onun rəqibi isə növbəti mərhələyə yüksəlir

15:15 Argentina - BƏƏ 1:4

16:30 Polşa - Bosniya və Herseqovina 1:1

Bu nəticədən sonra hər iki komanda 1/8 finala adlayıb. İlk dünya çempionu ABŞ yığması (2015-ci il) isə sonuncu oyunun nəticəsindən asılı olmayaraq, 2023-cü ildə dünya çempionatının gümüş medallarına layiq görülən Qazaxıstanla birgə qrupda qalıb  

18:15 Çexiya - Gürcüstan 2:2

19:30 Serbiya - Qana

20:45 Qazaxıstan - ABŞ 

22:00 İndoneziya - Monteneqro

E qrupu             O Q H M T  X

1. Tailand            3 2 1 0 9-2 7

2. Monteneqro    2 1 1 0 10-1 4

3. İndoneziya      2 1 0 1 1-4 3

4. Kosta Rika      3 0 0 3 1-14 0

F qrupu

1. Bosniya və H.   3 1 2 0 6-4 5

2. Polşa                3 1 2 0 3-2 5

3. Qazaxıstan       2 0 1 1 2-3 1

4. ABŞ                   2 0 1 1 2-4 1

G qrupu

1. Çexiya              3 2 0 0 13-5 7

2. Gürcüstan         3 2 0 0 10-3 7

3. BƏƏ                 3 1 0 2 6-12 3         

4. Argentina         3 0 0 3 3-12 0

H qrupu

1. Serbiya             2 2 0 0 7-1 6

2. İsrail                  3 2 0 1 8-4 6

3. İspaniya            3 1 0 2 5-8 3

4. Qana                 2 0 0 2 0-7 0

1/8 finala yüksələn komandalar: Portuqaliya, Serbiya, Çexiya, Gürcüstan, Macarıstan, İngiltərə, AZƏRBAYCAN, Mavritaniya, Bolqarıstan, Fransa, Rumıniya, Tailand, İsrail, Bosniya və Herseqovina, Polşa 

Qrupda qalan kollektivlər: Ukrayna, Hindistan, Qana, Kosta Rika, BƏƏ, Argentina, Çad, Sloveniya, Türkiyə, Bəhreyn, Slovakiya, Özbəkistan, İspaniya, ABŞ, Qazaxıstan

Qeyd edək ki, Bakı sayca 5-ci dünya çempionatına ev sahibliyi edir. Əvvəlki turnirlərdə ABŞ (2015-ci il), Çexiya (2017-ci il), Meksika (2019-cu il) və Rumıniya (2023-cü il) milli komandaları çempion tituluna sahib çıxıblar.

 
1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.175489