Şenol Günəş bu ÇEMPİONATA GEDİR
2021-09-27 23:59:00
Türkiyə millisinin baş məşqçi postundan kənarlaşdırılan Şenol Günəşin yeni iş yeri bəlli olmaq üzrədir.
69 yaşlı mütəxəssis Cənubi Koreya çempionatına üz tutmağa qərar verib. Türkiyədə "Yeni Malatyaspor", "Başakşəhər", "Rizəspor" kimi klublardan iş təklifi almağına baxmayaraq, Günəş ona doğma olan uzaq Asiya ölkəsinə getməyi planlaşdırır. Belə ki, onun Cənubi Koreyanın "Seul" komandasının "sükanı arxasına" keçəcəyi gözlənilir.
Qeyd edək ki, Şenol Günəş 2007/2009-cu ildə "Seul"u çalışdırıb. \\Offsideplus