"Səni doğan ananın və əkən kişinin zatına lənət!!!" – ELDAR SABİROĞLU YAZIR
Beləsinin gülləsi əskikdir. Təsəvvür edin, nə qədər alçaq və əclaf olasan ki, bu cür əmələ əl atasan. Telekanallardan birinin xəbər proqramına baxırdım. Verilən bir məlumat məni o dərəcədə sarsıtdı ki, ürəyim ağrıdı. Məcburi dərman qəbul etdim. Allahını tanımayan iki nəfər cəllad şəhid qanı hesabına varlanmaq eşqinə düşür. Səni doğan ananın və əkən kişinin zatına lənət!!! Deməli, bu iki nakəs oğlu şəhid düşən bir ananı aldadaraq ona ovladının sağ olduğu barədə yalan məlumat verir və oğlunun düşmən əlindən alınıb anaya qaytarılması müqabilində 100 min manat pula ehtiyac olduğunu bildirirlər. Əlacsız ana binamusların sözünə inanıb böyük məbləğdə pulu düzəldərək onlara verir. Lakin şəhid anası bir neçə gündən sonra aldsndığını duyur və polis orqanlarını bu barədə məlumatlandırır. Ağlagəlməz cinayətkarların görüntüsünü təqdim edən telekanala baxarkən özümdən asılı olmayaraq tüpürdüm onların üzünə. Mən təbiət etibarı ilə qəddar adam deyiləm. Lakin onların ürəyini deşib qanlarını uf demədən içərdim...
Eldar SABİROĞLU
Hurriyyet.az