Saat:05:04
Haqqımızda

Seneqalın yeni prezidentinin andiçmə mərasimi keçirilib

2024-04-02 16:08:10

Seneqalın yeni prezidentinin andiçmə mərasimi keçirilib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, martın 24-də keçirilən seçkilərdə qələbə qazanmış 44 yaşlı Diomay Fay and içərək Seneqal Prezidenti olub. Təntənəli andiçmə mərasimində çoxsaylı qonaqlar, o cümlədən, bir sıra Afrika ölkələrinin dövlət və hökumət başçıları iştirak ediblər. 
Diomay Fayın seçki proqramındadövlət institutlarının yenilənməsi hesabına ölkənin suverenliyinin möhkəmləndirilməsi əsas yer tutur. O, ölkənin öz valyutasını dövriyyəyə buraxmağı təklif edib. Fransa müstəmləkəsi olmuş 8 Afrika dövlətində, o cümlədən Seneqalda da hazırda  Qərbi Afrika frankından (franc CFA) istifadə edilir. Bu valyutaya qismən Fransa Bankı nəzarət edir. 
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.234216