Saat:13:02
Haqqımızda

Senator Ben Kardin bütün dünyada hüquq müdafiəçilərinin qorunması haqqında qanuna təşəbbüs göstərib

2024-02-01 17:27:22

Senator Ben Kardin bütün dünyada hüquq müdafiəçilərinin qorunması haqqında qanuna təşəbbüs göstərib

Yanvarın 31-də ABŞ Senatının Beynəlxalq Ələqələr Komitəsinin rəhbəri, Qlobal Maqnetski Qanununun müəllifi Ben Kardin konqresmen Cim Makqovern və senatorlar Kris Merfi, Tim Keyn, Jeff Merkli, Kori Buker, Kris Van Hollen, Ed Marki və Piter Uelç ilə birlikdə 2024-cü ildə hüquq müdafiəçilərinin müdafiəsinə dair qanun layihəsini təqdim edib.

Bu qanun ABŞ-ın insan hüquqları və demokratiyanın dinc müdafiəsinə görə hücuma məruz qalan adamları müdafiə etmək imkanlarını genişləndirəcək.

"Hüquq müdafiəçiləri demokratiya və azadlıq uğrunda mübarizənin qəhrəmanlarıdır", - Kardin deyib. "Buna baxmayaraq, onlara qarşı hücumlar bütün dünyada sürətlə artır ki, bu da onları qorumaq və dəstəkləmək üçün ABŞ-ın daha çox iş görməsinin vacibliyini önə çəkir.

Yeni qanunun müzakirəsi zamanı qeyd olunub ki, bütün dünyada jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, ətraf mühitin müdafiəçiləri və hakimiyyətə həqiqəti söyləyən adi insanlar həm öz ölkələrində, həm də xaricdə hücuma məruz qalırlar.

ABŞ təkcə insan hüquqlarının qorunmasına görə yox, həm də onları müdafiə edənlərin fəal müdafiəsinə görə məsuliyyət daşıyır. Bu qanun layihəsi hüquq müdafiəçilərinə saxlanma və ya həbs təhlükəsi zaman real yardım göstərəcək.

“Hüquq müdafiəçilərinin qorunması haqqında qanun 2024” mühüm qanunvericilik atkıdır, ABŞ hökumətinin bütün dünyada hüquq müdafiəçilərinə dəstək vermək qabiliyyətini möhkənləndirməyə və yaxşılaşdırmağa kömək edəcək”, - Amnesty International nümayəndəsi Endrü Fandino deyib və xatırladıb ki, 2022-ci ildə dünyada 401 hüquq müdafiəçisi öldürülüb.

Təqdim olunan qanun layihəsi təhlükədə olan  500-ə qədər hüquq müdafiəçisinə ABŞ-a çoxdəfəlik, çoxillik viza verilməsi üçün yeni viza kateqoriyasının yaradılmasını nəzərdə tutur.

Dövlət Departamentində və insan hüquqları ilə bağlı vəziyyətin pis olduğu ölkələrdə səfirliklərdə insan hüquqları üzrə 10 əməkdaş təyin edilməlidir.

Demokratiya üzrə Reagan-Fascell təqaüd proqramı genişləndirilməlidir. Bu proqram çərçivəsində hər il Milli Demokratiya Fondu (NED risk qrupunda olan 20-dək hüquq müdafiəçisini qəbul edəcək.

Bu işlərin görülməsi üçün 2024-cü maliyyə ilindən  2028-ci ilədək hər il 20 milyon dollar ayrılsın.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR