Senat Rusiyanın Ukraynada soyqırımı törətdiyini bəyan elədi

2022-05-11 19:47:00

Senat Rusiyanın Ukraynada soyqırımı törətdiyini bəyan elədi

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Çexiya Senatı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı qərar qəbul edib.

Çexiya Senatı bu gün – 11 may tarixində keçirdiyi iclasda Rusiya ordusunun Ukrayna xalqına qarşı törətdiyi cinayətləri soyqırımı adlandırıb.

Bu barədə məlumatı Ukraynanın Praqadakı səfiri Yevgeni Perebiynis öz “Tvitter” səhifəsində verib.

Senat Çexiyanın Ukraynaya silah tədarükünü davam etdirməsini və Ukraynanı Avropa İttifaqı üzvlüyünə namizəd statusu almaqda dəstəkləməsini də qərara alıb.

Çexiya senatorları Rusiyanın Ukraynada beynəlxalq insan hüquqlarını və beynəlxalq konvensiyaları kobud şəkildə pozduğunu bəyan ediblər. Senat Rusiyanın Ukraynanın Buça, Borodyanka, İrpen və mariupol şəhərlərində əhaliyə qarşı terror törətdiyi hərbi cinayətləri, kütləvi edamları, yüzminlərlə insanın məcburi deportasiyasını pisləyib. Açıqlamada Rusiyanın etnik zəmində, sistemli və irimiqyaslı şəkildə bəşəriyyətə qarşı cinayət, Ukrayna xalqına qarşı soyqırımı törətdiyi bildirilir.

Xəbər verdiyimiz kimi dünən – 10 may tarixində Litva Seymi Rusiyanı terrorçu dövlət elan edib. Seymin qəbul elədiyi qətnamədə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi soyqırımı kimi, Rusiyanın özü isə terrorçu dövlət kimi tanınıb.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya