SƏN DEMƏ, İÇDİYİMİZ SUYUN PULU YEZİDİN CİBİNƏ GEDİRMİŞ…

2022-12-28 12:24:00

SƏN DEMƏ, İÇDİYİMİZ SUYUN PULU YEZİDİN CİBİNƏ GEDİRMİŞ…

Əvvəllər Naxçıvandan gələn suları bu qədər çox satışda görməmişdim. Hansı dükanın rəflərinə baxırdımsa “Sirab” görürdüm, hansı restoranda otururdumsa mənə içməyə “Badamlı” təklif edirlər. Sözün düzü, özümüzə məxsus məhsullarımızın çoxlugu məni həmişə sevindirir.

Sonralar eşitdim ki, Naxçıvan əhalisi torpaqlarını suvarmaga su tapa bilmirmiş, qoyun-quzusu, mal-qarası susuzluqdan mələşirmiş. Sən demə, bir bədheybət “div” kəsmişmiş bu binəva camaatın suyunun qabagını. Ələrini yumaga, içməyə belə, suyu qram-qram verən bu zorba, qalan suları şüşə qablara doldurub, Azərbaycanın başqa bölgələrinə satırmış. Biz də isti vaxtlarda ləzzətlə bu sudan içib Yezidə nəhlət deyirmişik. İçdiyimiz suyun pulunun düz elə o Yezidin cibinə getdiyindən xəbərsiz olaraq. Sudan içdikcə, pul onun cibinə getdikcə daha çox qudururmuş bu qudurgan. Qudurduqca da zülmü daha çox artırmış.

Hardan biləydik ki, Naxçıvan əhalisinin suyunu bu şüşə qaba dolduran “div”in canı uzaqda yox, elə o şüşə qabın içindəymiş. İçmək əvəzinə, yerə çırpıb sındırmaq lazım imiş bu qabı.

ŞAMİL


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000632