"Sən bütün ukraynalı qadınlar kimi nasist və fahişəsən..."

2022-04-27 15:25:00

İsveçdə yaşlı rus qadını Ukrayna qadınlarını fahişə adlandırıb və Ukrayna bayrağını təhqir edib

İsveçin paytaxtı Stokholm şəhərində Rusiya səfirliyinin qarşısında yaşlı rusiyalı qadın Ukrayna rəmzlərini çırıb, ona irad tutan ukraynalı qadını isə təhqirlərə məruz qoyub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna bayrağına qarşı təhqiramiz hərəkətlərin şahidi olmuş Ukrayna vətəndaşı Helqa Kayda özünün "Facebook" səhifəsində yazıb.

Rusiyalı qadın mənə sözlərlə hücum edib və fiziki hücumla təhdid edib, çünki mən onun tapdaladığı Ukrayna bayrağını və göy- sarı zolaqları götürmək istədim. Mən ondan bunu nə üçün etdiyini soruşanda, rusiyalı qadın məni "bütün Ukrayna qadınları kimi nasist və fahişə" adlandırıb", - qadın belə yazıb.

Onun dərc etdiyi videoda 70 yaşlı rusiyalı qadın Ukrayna bayrağını "faşist", Ukrayna qadınlarını isə "fahişə" və "döşəməyuyan" adlandırıb. Yaşlı qadın onin "ovurduna zərbə vurmaqla" təhdid edib, onun xarici görkəmi və geyimi barədə kəskin ifadələr işlədib.

Holqa rusiyalı qadını yadda saxlayıb və yerli polisə müraciət edib.

Bundan başqa, Ukraynanın İsveçdəki səfirliyi hüquq- mühafizə orqanlarına müraciət edib.

"Ukraynanın İsveçdəki səfirliyi, bir çoxlarınız kimi, rusdilli qadının Ukraynanın rəmzlərinə qarşı köbud təhqirlərini, həmçinin Ukraynanın və Rusiyanın İsveşdə, Stoqholm şəhərindəki səfirliyi qarşısında vətəndaşımızın ünvanına yolverilməz ifadələrindən hiddətlənmişik. Səfirlik İsveçin hüquq- müdafiə orqanlarına artıq müraciət edərək, cavab tədbirlərinin görülməsini xahiş edib.

Belə fikirlər və davranışları görməzdən gəlmək olmaz. Həmin qadın qanunvericiliklə nəzərdə tutulan qaydada məsiliyyət daşımalıdır. İsveçin hüquq- mühafizə orqanlarının qərarı barədə əlavə məlumat veriləcək", - səfirlikdə bəyan edilib.

Rusiyalı qadının işlədiyi "Lernia" rekrutinq şirkətində onun işdən çıxarıldığı deyilir. Şirkət rusiyalı qadının öz fikrini ifadə etdiyini və şirkətin qətiyyətlə bunu bölüşmədiyini vurğulayıb.

Moderator.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya