Sən bu ağır imtahandan da şərəflə çıxacaqsan, Türkiyəm! – ELDAR SABİROĞLU YAZIR

2023-02-09 14:21:00

Sən bu ağır imtahandan da şərəflə çıxacaqsan, Türkiyəm! – ELDAR SABİROĞLU YAZIR

Bu fəlakət də Türkiyəni yıxa bilməyəcək. Buna Böyük Allahıma inandığım qədər inanıram. Tarix özü deyir ki, səbrli ol ey türk xalqı! Sən zaman-zaman belə ağır acılar yaşayan, lakin bu acıları qəhrəmanlıqla dəf edən qüdrətli bir dövlətsən. Yenə ayaq üstə duracaq, əvvəlki yaşayış məcrasına qayıdacaqsan!!!

Dünyanın aparıcı dövlətləri və nüfuzlu mediası da bunu etiraf edir. Ölkələr ard-arda öz yardımlarını zəlzələ zonasına göndərir, dünyanın dörd bir tərəfindən uçurumlar, dağıntılar altındakı ölüləri, sağ qalan insanları qurtarmaq üçün xilasedicilər bütün lazımi texniki vasitələrlə birlikdə Türkiyəyə axışırlar. Azərbaycan dövlətinin yardımçı ölkələr arasında birinci olmasından qürur duyuram.

Başın sağ olsun, Türkiyəm. Ürəyimiz yanır, qəlbimiz od tutub alovlanır. Bu nə böyük dərd, nə amansız faciə oldu. Göz yaşı içərisindəyik. Səninlə birlikdə Azərbaycan da ağlayır. Türkiyəm,  inanıram ki, bu ağır imtahandan da  Sən şərəflə çıxacaqsan. Ancaq nə etsək də gecəyarası ağır zəlzələ nəticəsində dünyasını dəyişmiş əziz və günahsız insanların geri qaytarılması mümkün olmayacaqdır. Çox keçməz ki, dağılmış o binaların yerində daha gözəllərini Türkiyəmin ucaldacağına əminəm, lakin gedənlər bir daha qayıtmayacaqdır. Allahdan onlara rəhmət diləyir və bu fəlakətlə əlaqədar səbrli olmağı arzu edirəm.

Eldar SABİROĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.232045