Şəmkirin icra başçısı tikinti maqnatı ilə anlaşdı: 1.5 milyona yol çəkiləcək
Şəmkir rayon İcra Hakimiyyəti növbəti tenderə yekun vurub. Tribuna.az xəbər verir ki, icra başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi şəhərin avtomobil yollarının təmir işlərini həyata keçirəcək.
Bildirilir ki, tenderin qalibi “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC olub. Tərəflər işlərin görülməsi üçün 1 milyon 531 min 93 manata razılaşıblar.
Hurriyyet.az xəbər verir ki, tribuna.az açıq mənbələr üzərindən araşdırma apararaq müəyyən edib ki, “Gəncə Körpü Tikinti-2” ASC 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.
O da bəlli olub ki, Məhərrəm Zeynalı ASC-nin İdarə Heyətinin sədri, Aqibət Məmmədov isə Direktorlar Şurasının sədridir. Aqibət Məmmədov tikinti maqnatı kimi tanınır.
Bu şirkət bir ildir yaranmasına baxmayaraq, əsasən Gəncə şəhər İcra Hakimiyyətinin tenderlərinin qalibi olub. Digər rayonlarda onların fəaliyyətləri diqqəti çəkməyib.
Xatırladaq ki, Şəmkirin icra başçısı Rəşad Ənvər oğlu Tağıyevdir.
Tərəfləri də dinləməyə hazırıq.
