Şəmkirdəki qumbara partlayışının ŞOK DETALLARI

2023-01-06 10:03:00

Şəmkirdəki qumbara partlayışının ŞOK DETALLARI

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən partlayışın bəzi detalları məlum olub.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə 1972-ci il təvəllüdlü Nəsib Heydərovla 1990-cı il təvəllüdlü Binnət Qarayev arasında əvvəlcədən pul üstündə mübahisələri olub.

Hadisə baş verən günü 32 yaşlı Binnət Qarayev Nəsib Heydərova məxsus "VAZ 2107" markalı avtomaşınına əyləşərək yenidən pul üstündə mübahisə etməyə başlayıb. Mübahisə zamanı üzərindəki əl qumbarasını çıxararaq Nəsibi qorxutmaq istəyib. Bu zaman Nəsib Heydərov onun əlindən qumbaranı almaq istəyən zaman qumbaranın qoruyucu sancağı çıxaraq partlayış baş verib.

Nəticədə hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Onların müalicəsi reanimasiya şöbəsində davam etdirilir. 

Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər təfərrüatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

olke.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.154208