ŞƏMKİRDƏKİ DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI “HÜRRİYYƏT”DƏ! – Polis əməkdaşları sahibkarı necə və nə üçün öldürüb… / ŞOK FAKTLAR

2022-05-12 15:07:00

ŞƏMKİRDƏKİ DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI “HÜRRİYYƏT”DƏ! – Polis əməkdaşları sahibkarı necə və nə üçün öldürüb… / ŞOK FAKTLAR

Xəbər verdiyimiz kimi, Şəmkirdə qolunu kəsən şəxs xəstəxanada ölüb. Rəsmi məlumata əsasən, rayon sakini, 1968-ci il təvəllüdlü Arzu Cabbarov Şəmkir şəhərinin Xəqani küçəsində qolundan kəsilmiş-deşilmiş xəsarət alıb. Dərhal xəstəxanaya yerləşdirilən A.Cabbarova tibbi yardım göstərilsə də, onun həyatını qurtarmaq mümkün olmayıb.

İddia olunur ki, Şəmkir sakini şüşə ilə qoluna xəsarət yetirib. Daxili İşlər Nazirliyinin Regional Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, may ayının 7-də, saat 17:50 radələrində Şəmkir sakini olan bir qadın rayon Polis Şöbəsinə müraciət edərək, tanışı Arzu Cabbarov tərəfindən təhqir olunaraq döydüyünü bildirib və kömək istəyib.

Qeyd olunub ki, müraciətlə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gedərkən, həmin qadınla barəsində şikayət olunan şəxsin mübahisəni davam etdirdiyini gördükdə vətəndaş Arzu Cabbarov ilə profilaktiki söhbətlər apararaq, onu sakitləşdirməyə çalışıblar.

Şəmkirdə özünü doğradığı iddia edilən şəxsi polis öldürüb? - DİN CAVAB VERMİR

"Hürriyyət"in əldə etdiyi faktlar isə rəsmi mənbələrin informasiyasını tamamilə təkzib edir. Öncə onu qeyd edək ki, biz rəsmi məlumatın yanlış olduğunu ötən yazımızda mərhum Arzu Cabbarovun xəstəxanaya gedərkən, yolda bacısı oğluna göndərdiyi səs yazısına istinadən qeyd etmişdik. Hansı ki, A.Cabbarov həmin səs yazısında damarının kənar şəxslər tərəfindən kəsildiyini bildirir: “Aqil, məni doğrayıblar, özünü tez xəstəxanaya çatdır, damarımı kəsiblər”.

Lakin bu hadisənin təfərrüatı haqda mötəbər qaynaqlardan əldə etdiyimiz informasiyalar da rəsmi mənbələri inkar edir. Söhbət ondan gedir ki, bu ölüm faktının arxasında polis əməkdaşlarının dayandığı artıq təsdiq olunmaqdadır.

Bu haqda “Hürriyyət”ə məlumat verən mənbə bildirir ki, sözügedən olayda adı hallanan qadın polislər əlbir işləyib. İddia olunur ki, yüngül əxlaqlı olan qadın öz toruna saldığı “müştəri”ləri evinə dəvət edərək, sonradan şantaj yolu ilə onlardan külli miqdarda pul əldə edirmiş. Ən maraqlısı isə odur ki, bu işi məhz polisin əli ilə həyata keçirirmiş. Yəni “müştəri” evə daxil olduqdan sonra, qadın polislərə mesaj atırmış və onlar qısa müddətdə evə basqın edərək, uyğunsuz vəziyyətdə yaxaladığı şəxslərdən böyük məbləğdə pullar alırmışlar.

Məlumata görə, mərhum Arzu Cabbarov da həmin qadının toruna düşüb. Belə ki, evə daxil olduqdan az sonra polislər məqsədli şəkildə açıq qoyulan qapıdan içəri daxil olaraq, onu uyğunsuz vəziyyətdə görüntüyə alıblar. Bundan sonra polislər A.Cabbarovu şantaj edərək, ondan 25 min manat tələb ediblər. Lakin polislərin bu hərəkətlərindən əsəbləşən Arzu Cabbarov onlara müqavimət göstərib və bu zaman tərəflər arasında dava düşdüyündən, otağın pəncərəsi sınıb. Həmin vaxt polislərdən biri sınan şüşəni götürərək, mərhumun damarını kəsib.

Mənbə iddia edir ki, məlum olaydan sonra hər iki polis vəzifədən uzaqlaşdırılsa da, “əməliyyata” rəhbərlik edən şəxs (Ruslan adlı həmin şəxs rəisin sürücüsüdür və Şəmkirdə hamı onu "Zombi" ləqəbi ilə tanıyır, əslən ağcabədilidir – müəl.) hələ də öz işinin başındadır. Bu səbəbdən, cinayət faktının ört-basdır edilməsi üçün hadisə şahidi olan qadını 1-2 gün şöbədə saxlamağa məcbur olublar. Daha sonra isə, ona hansısas maddə ilə cinayət işi qaldıraraq, qeyri-müəyyən müddətədək azadlıqdan məhrum ediblər. Mlumata görə, əslində məqsəd hadisənin yeganə şahidi olan qadını “gözdən uzaqlaşdırmaq” olub.

Hurriyyet.az

P.S. Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

P.P.S. Şəmkir rayon Polis Şöbəsinin rəisi haqqında da redaksiyamıza şok informasiyalar daxil olub. Hazırda həmin faktlar dəqiqləşdirilir və yaxın günlərdə dəyərli oxucularımıza geniş məlumatlar verəcəyik.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya