Şəmkirdə sürücülük hüququ olmayan şəxs qəza törətdi: ölən var
2024-03-27 10:00:15

Şəmkir rayonunun Yeni Həyat kəndində ölümlə nəticələn yol qəzası olub.
Hurriyyet.az Report-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Ayxan Amasovun idarə etdiyi VAZ 21012 markalı avtomobil Şəmkir rayonu istiqamətinə hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtomobildə olan sürücü Ayxan Amasov və sərnişin 2009-cu il təvəllüdlü Alıyev Turxan İlham oğlu xəsarət alıb, digər sərnişin 1998-ci il təvəllüdlü Alıyev Orxan İlham oğlu aldığı xəsarətlərdən Şəmkir rayon Mərkəzi Xəstəxanasında ölüb.
