Saat:06:06
Haqqımızda

Şəmkirdə qəssablar işləmir, ət dükanları bağlanıb - İcradan iddialarla bağlı AÇIQLAMA

2025-05-15 19:08:44

Şəmkirdə qəssablar işləmir, ət dükanları bağlanıb - İcradan iddialarla bağlı AÇIQLAMA

Şəmkirdə qəssabların işləməməsi, ət dükanlarının bağlanması məsələləri araşdırılır

Hurriyyet.Az "Report"a istinadla xəbər verir ki, sosial şəbəkələrdə Şəmkir rayonunda ət dükanlarının bağlanması və satıcıların işi dayandırması ilə bağlı məlumatlar yayılıb.

Yerli sakinlərin iddiasına görə, ət kəsimi məntəqələrində xidmət haqlarının artırılması nəticəsində satıcılar fəaliyyətlərini dayandırıblar.

Əvvəllər iribuynuzlu heyvanların kəsimi üçün 18 manat, xırdabuynuzlu heyvanların kəsimi üçün isə 12 manat tələb olunduğu halda, bu məbləğin 25-30 manata qədər yüksəldiyi qeyd olunub.

Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, bu barədə tədbir görülür və sabahdan ət dükanlarının fəaliyyəti bərpa olunacaq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.168268