Şəmkirdə insanları cərəyan vurmasının sirləri – ELMİ-LƏDUN
Xəbər verildiyi kimi, dünən (23 sentyabr) Şəmkir rayonunda eyni anda üç nəfəri elektrik cərəyanı vuraraq öldürdü (dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik). Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən hadisə təsadüfü olmayıb, xüsusi qanunauyğunluğa tabedir və xalqımıza xəbərdarlıq mesajıdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur:
1) Bu il mayın 31-də Gəncə və Tovuzda insanları ildırım vuraraq öldürdü. Eyni gündə Zaqatalada ildırım bir evi yandırdı. Bir gündə üç rayonda ölümlə nəticələnən ildırım hadisəsi baş verəndə biz bunun xalqımıza xəbərdarlıq mesajı olduğunu mətbuat vasitəsi ilə yaymladıq. Görünür nəticə çıxarılmadığına görə 114 (!) günün tamamında – dünən Şəmkirdə eyni anda (nərdivan qadırarkən) üç nəfəri cərəyan vurub öldürdü. Bildiyimiz kimi, ildırım da enerji prosesidir və bənzər hadisənin Quran rəmzi olan 114 günün tamamında təkrarlanması hadisələrin Allahdan xəbərdarlıq olması barədə verdiyimiz xəbərin doğruluğunu təsdiq edir.
2) İldırımdan söz düşmüşkən, 24 avqust 2021-ci il tarixdə Gəncəbasarda baş verən ildırım hadisəsi bölgə əhalisinin yaddaşından heç vaxt silinməyəcək: təxminən yarım saat ərzində bütün bölgə ildırımın əsarətində qaldı. Rayonları ildırım sardığından elektrik təsərrüfatı sıradan çıxdı... Bu hadisənin də Allahdan xəbərdarlıq mesajı olduğunu zamanında bəyan etdik və insanları tövbəyə çağırdıq. Dünən Şəmkirdə məlum hadisə baş verəndə həmin ildırım hadisəsinin 955-ci günü idi ki, bundan da Quranın surələrinin və səhifəlrinin (286) cəmini çıxsaq, tövbə rəmzi olan 555 ədədi alınır və tövbə etməyin vacibliyini bir daha yadımıza salır:
955 - 114 – 286 = 555
3) Keçən ilin avqustun 19-da Şəmkirdə avtobus qəzasında yaralananlar olmuşdu. Dünən həmin hadisənin 400-cü günü idi ki, bundan da Quranın surələrinin sayını çıxanda, səhifələrinin sayı qalır və hadisənin Allahdan xəbərdarlıq mesajı olduğunu bir daha təsdiq dir:
400 – 114 = 286
Yeri gəlmişkən, məişətimizdəki bütün cihazların üzərində 220 ədədi həkk olunduğundan, bu ədəd şüurlarımızda cərəyan rəmzi kimi qəbul olunur. Maraqlıdır ki, enerji (ruh) daşıyıcısı olan insanın anatomiyası da 220 (!) sümüyün birləşməsindən yaranıb. Bu sümüklərin 22-si başdadır.
Yuxarıda qeyd etdik ki, bütün bu hadisələr insanların diqqətini tövbəyə yönəltmək üçündür. Quranın “Tövbə” surəsi 9 rəqəmi ilə nömrəlnib. Elə isə, başdakı sümüklərin sayından (22) “Tövbə” (9) rəmzini çıxsaq, ildırım rəmzi olan 13 ədədi alınır (“Göy gurultusu” Quranda 13-cü surədir):
22 – 9 = 13
İndi bildinizmi nəyə görə dünənki cərəyan hadisəsi ölkədəki ildırım hadisələrinə bağlandı?!
Quranın 13-cü surəsində Rəbbim buyurur:
“Göy gurultusu (ildırım) həmd edərək Onun şəninə təriflər deyir. Mələklər də Onun qorxusundan (həmd edərək Onu təsbeh edirlər). Onlar Allah barəsində mübahisə edərkən O, ildırımlar göndərərək istədiyi şəxsi vurar. Onun cəzası şiddətlidir”. Quran, 13:13
Bu və digər (saymaqla bitməyən) hesablamalar gstərir ki, insanlar günah törətməkdə hədlərini aşdıqlarına görə Allah ildırımlar və s fəlakətlərlə insanlara xəbərdarlıq edir. Bu gün dünyaya baxsaq, təbii fəlakətlərin (ildırım, qasırğa, dolu, daşqın, zəlzələlər...) insanları necə sardığını, gözlərimiz önündə gündə neşə-neçə şəhərlərin xarabaya çevrildiyini görərik. Bunlar lokal (sonuncudan əvvəlki) qiyamətlərdir. Rəbbim Quranda buyurur ki, “Elə bir şəhər olmaz ki, Biz onu qiyamətdən qabaq bir dəfə dağıtmayaq”. Bu gün dünyaya baxdıqda, həmin ayənin (hökmün) icra olunduğunu görürük...
Nə qədər ki, yaşadığımız şəhərdə (kənddə) hökm icra olunmayıb, tövbə edib, haqqa təslim olmalıyıq. Əks halda:
"Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84
Dr. Paşa Yaqub – elmi-lədun bilicisi