Şəmkirdə azyaşlı qızın toy mərasimi keçirildi
2022-10-04 12:19:00
Kənd icra nümayəndəsi bu neqativ hal haqqında müvafiq qurumlara məlumat vermək əvəzinə, toyda içib sərxoş oldu…
Şəmkir rayonunun Keçili kəndində azyaşlı qızın toy mərasimi keçirilib.
Hurriyyet.az-a məlumat verən mənbə deyir ki, həddi buluğa çatmamış məktəbli Orucova Rahilə Əli qızının toy mərasimi 02.10.2022-ci il tarixində kənddəki “Elmir” şadlıq sarayında baş tutub.
“Kənd icra nümayəndəsi Quliyev Mansır Qəzənfər oğlu baş vermiş neqativ hal haqqında Elm və Təhsil Nazirliyinə, rayon rəhbərliyinə və polisə məlumat vermək əvəzinə, toyda sərxoş olub və bəy-gəlinə tərif deyirmiş”, - deyə mənbə bildirir.
Araşdırmamız davam edəcək. Qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.
Hurriyyet.az