Şəmkirdə 3 nəfəri cərəyan vuraraq öldürdü
2024-09-23 23:18:07
Şəmkirdə bədbəxt hadisə baş verib.
Hurriyyet.Az xəbər verir ki , hadisə rayonun Könüllü kəndində qeydə alınıb.
Kənd ərazisində 3 nəfəri (Əkbər Bağırov, İsmət Məmmədov, Adil Böyükkişiyev) elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Məlumata görə, həmin şəxslərin küçədə apardıqları nərdivan elektirk naqillərinə toxunub və onları cərəyan vurub.
Faktla bağlı araşdırma aparılır.