Saat:00:28
Haqqımızda

Şəmkir sakini torpağının Bələdiyyə sədri və məktəb direktoru tərəfindən zəbt olunduğunu iddia edir - ŞİKAYƏT

2024-02-29 15:54:02

Şəmkir sakini torpağının Bələdiyyə sədri və məktəb direktoru tərəfindən zəbt olunduğunu iddia edir - ŞİKAYƏT

Şəmkir rayonu, Çinarlı qəsəbəsinin sakini Rəcəbova Bəsdi Emin Qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, oğluna aid olan torpaq sahəsini saxta sənədlərlə satıblar:

“Mən, Rəcəbova Bəsdi Emin Qızı, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Tofiq İsmayılov küçəsində yaşayıram. Sizə bildirmək istəyirəm ki, 1985-ci ildə ailə başçısını itirmişəm. 78 yaşım var. Beş oğul anasıyam. Oğullarımın hər biri Vətənə olan borcunu yerinə yetirib.

Oğlum Nail Lamiq oğlu 1998-2000-ci illərdə erməni əsirliyində olub. Ağlamaqdan gözüm və qulağım zəifləyib.

Belə ki, 1989-cu ildə bizim ailəyə Həzi Aslanov Sovxozundan 12 sot torpaq verilib. 2008-ci ildən oğlum Rəcəbli Zaur Lamiq oğlu  ev tikib, ailəsiylə birlikdə  orada yaşayır.

Çinarlı Bələdiyyəsiniun sədri Arzu Qafarov və Çinarlı məktəbinin direktoru İradə Əliyeva qohumluq əlaqələrindən istifadə edərək, özbaşına, saxta sənədləşmə apararaq, torpağı ələ keçiriblər. Həmin torpaq sahəsi İradə Əliyevanın arxiv arayışı ilə Bakı sakini Hökümə Əliyeva adlı şəxsin adına sənədləşdirilib.

Bu saxta sənədlərlə bağlı mən onları məhkəməyə verməli olduğum halda, oğlum Rəcəbli Zauru məhkəməyə veriblər ki, torpağı zəbt etmisən, çıx torpaqdan. Mən başa düşmürəm ki, 2008-ci ildən oğlum orada ev tikəndə, bundan əvvəlki Bələdiyyə sədri bizə heç bir söz deməyibsə, indi torpağı necə “zəbt etmiş” oluruq?!

Arzu Qafarov deyir ki, torpaq mənimdir, kimə istəsəm sataram. Onun özünün və ya atasının şəxsi torpağımı var?

Onu da qeyd edim ki, İradə Əliyeva 1 arxiv arayışı ilə 3 torpaq satıb. Onun bacısı oğlu Rəşad Şəmkir İcra Hakimiyyətində yüksək vəzifədə işləyir. Bizim şikayətimizə heç bir dövlət orqanı baxmır. Lazım olan araşdırmanı aparmaq üçün heç bir orqan gəlib yerində işə baxmır.

Mən bir ana kimi sizlərdən xahiş edirəm, problemimi işıqlandırıb, səsimi lazımi qurumlara çatdırasınız”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR