Saat:05:07
Haqqımızda

"SƏMƏD SƏFƏROV RƏHBƏRLİYƏ ŞƏR-BÖHTAN ATIR" - "Əcəmi" Tikinti Quraşdırma İdarəsinin rəhbərindən "Hürriyyət"in yazısına REAKSİYA

2024-02-16 14:06:00

Hurriyyet.az saytında dərc olunan ""Əcəmi” Tikinti Quraşdırma İdarəsinin rəhbəri məhkəməyə verildi" sərlövhəli yazıya qarşı tərəfdən reaksiya verilib. İdarənin rəhbəri Əhməd Bünyadov redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, Səməd Səfərov rəhbərliyə şər-böhtan atır, onun heç bir fikri həqiqəti əks etdirmir. 

Hurriyyet.az Ə.Bünyadovun mövqeyini olduğu kimi dərc edir: "Hurriyyet.az saytında dərc olunan Naxçıvanda maşın qalmaqalı ilə bağlı yazınız, çox təəssüf ki, birtərəfli işıqlandırılmış, yəni qarşı tərəflə əlaqə saxlanılmadan verilmişdir. Bu isə nə qanuna, nə də jurnalist etikasına uyğundur.

Bildirirəm ki, Səməd Səfərov Naxçıvanda böhtançı kimi ad çıxarmışdır. O, dəfələrlə qeyri-qanuni olaraq məni məhkəməyə vermişdir. Onun aldığı nəfəs belə, yalandır. Bunu tam aydınlaşdırmaq üçün mən sizə ətraflı məlumat verməyə hazıram.

Mən iddiaçı-böhtançının Apellyasiya şikayətinə əsasən, hüquqlarımızı müdafiə etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə müraciət etmişəm. Şikayətimi eynilə sizə də göndərirəm".

***

2022-12-23 13:20:00

Naxçıvan Muxtar Respublikası (MR), Babək rayonu, Nehrəm kənd sakini (faktiki yaşadığı ünvan: Babək rayon Nehrəm qəsəbəsi) Səfərov Səməd Sadiq oğlu Naxçıvan şəhəri, C.Məmmədquluzadə 5, məhəllə 35-də qeydiyyatda olan "Əcəmi” Tikinti Quraşdırma İdarəsinin rəhbəri Bünyadov Əhməd Səfər oğluna qarşı məhkəmə iddiası qaldırıb.

Hurriyyet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edən iddiaçı ona məxsus avtomaşınların qaytarılması, eləcə də cəmiyyətdəki payının və xalis mənfəətin alınıb ona verilməsi tələbini irəli sürüb:

“Bildirirəm ki, 1987-ci ildə “Kamaz” 5511 markalı yük maşın mənim istifadəmə verilmişdir. Həmin avtomaşın 1997-ci ildən Naxçıvan "Əcəmi” Tikinti Quraşdırma İdarəsinin balansına verildiyindən, avtomaşını həmin idarədə idarə etmişəm.

Naxçıvan MR dövlət arxivinin 03.09.2020-ci il tarixli, 13/661 saylı arxiv arayışında mənim əmək haqqım barədə məlumat bildirilmişdir.

Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin bildirişində Babək rayon Nehrəm kəndində yaşayan (pasport XXV-JQ 579537) Səfərov Səməd Sadiq oğlu "Əcəmi” Tikinti Quraşdırma İdarəsi ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışda iştirak edərək, iki nəfərə 1 (bir) ədəd özəlləşdirmə çeki təqdim edilmişdir. Nəticədə hər birinin dəyəri 5000 (beş min) manat olan 19 (on doqquz)ədəd səhm əldə etdiyi qeyd olunmuşdur.

Naxçıvan “Əcəmi” Tikinti Quraşdırma İdarəsinin müdiri Bünyadov Əhməd Səfər oğlu 2017-ci ildən indiyə qədər səhmdarların yığıncağı keçirilmədən, mənim biləvasitə xəbərim olmadan avtomaşınları özəlləşdirib satmışdır.

Özəlləşib satılan texnika bunlardır: kat kəpcə ekskavator - 1 ədəd, “Kamaz” kran - 1ədəd.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.203830