“Semaşko"da sığorta ilə gələn xəstənin qolunu necə şikəst ediblər? - Radioloqu şoka salan fakt

2022-05-31 23:00:00

“Semaşko

Bu ilin yanvar ayında qolundan travma alan xəstə İcbari Tibbi sığorta üzrə Kliniki tibbi mərkəzə müraciət edib. Orda rentgen olunub, qoluna gips qoyulub, üstəlik 200 manat ödəniş alınıb.

Lakin aylar sonra biləyində narahatlıq olduğunu, sol əli ilə heç bir iş görə bilmədiyini görən xəstə yenidən başqa həkimə, bu dəfə özəl klinikaya müraciət edib.

Xəstəni rentgen edən radioloq həkim Aydın Əliyev gördüyü mənzərədən şoka düşüb.

Həkim xəstənin qolunda səhv bitişmiş sınıq izləri aşkarlayıb.

“Rentgen müayinədə sol mil sümüyünün distal epifizinin qəlpəli, oynaqdaxili, pərçimlənmiş və boylama istiqamətdə yuxarıya və önə doğru yerini dəyişmiş, artıq döyənəkləşmiş sınığı aşkar edildi. Normalda bu oynaqda mil sümüyü daha uzun olaraq oynağı formalaşdırır, burda isə mil sümüyü qısalıb və dirsək sümüyü gəlib girib oynağın içinə. Heç bir repozisiya edilməyib və olduğu kimi gips sarğısı qoyulub, sümük əyri də bitişib.

Əslində müalicə necə olmalıydı?

Yerini dəyişmiş sınıq fraqmentləri əməliyyat yolu ilə repozisiya edilərək metallik əlavələrin köməyi ilə fiksasiya edilməli idi, lakin bunun üçün İTS artıq pul xərcləməli idi, nəyinə lazım? Bu prosesdə həkimi qınamaq olmur, çünki sığorta tələb edir ki, xəstəyə yardım edərkən elə edin ki, xərc az çıxsın. Bu göstərilən xidmət deyil, sadəcə başdan edib yola verməkdir, xəstələri şikəst etməkdir. O xəstənin nə günahı var idi? Guya ki, sığortası var idi, pul da ödəyib, üstəlik də şikəst oldu. Bu da İcbari Tibbi sığortanın xəstələrə və biz həkimlərə “sürprizləri”.

 

 

 

Bakupost.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya