Səlim Müslümovun atası danışdı: “Xəstə də olsa, yenidən…”

2022-05-26 20:19:00

Səlim Müslümovun atası danışdı: “Xəstə də olsa, yenidən…”

Xəbər verdiyimiz ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.

Hurriyyet.az xəbər evrir ki, sabiq nazirin atası Yanvar Müslümov Modern.az-a açıqlamasında məhdudiyyətli olsa da, oğlunun azadlığa çıxmasına çox sevindiyini bildirib. Bununla belə, o, S.Müslümovun səhhətilə bağlı nigaranlığını ifadə edib:

“Səlim hazırda Bakıda, evindədir. Səhhətilə bağlı narahatlığı var. Ümid edirik ki, müalicə ilə keçər. Xəstə də olsa, yenidən yanımıza qayıtdığı üçün şükür edirəm. Allah bütün bağlı qapıları açsın”.

Göz yaşlarına hakim ola bilməyən Y.Müslümov əlavə şərh vermək istəməyib.

Qeyd edək ki, Səbail rayon məhkəməsinin qərarı ilə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilmişdi. Sabiq nazir bir neçə gün öncə səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya