Selçuk Bayraktardan Azərbaycana çağırış - FOTO

2022-01-15 22:35:00

Selçuk Bayraktardan Azərbaycana çağırış - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Texnofest” festivalı 26-29 may tarixlərində keçiriləcək.

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Tvitter səhifəsində festivalla bağlı paylaşım edib.

“Bir millət, iki dövlət və birlikdə daha güclü bir gələcək üçün tək festival - Azərbaycanın ən böyük texnologiya müsabiqəsinə gec olmadan sən də qoşul”, - o, çağırış edib.

Qeyd edilib ki, müsabiqəyə son müraciət tarixi fevralın 17-dir.