Saat:02:03
Haqqımızda

Selçuk Bayraktar Azərbaycana dəstəyini qınayan amerikalı akademikin cavabını verdi: “Biz torpaqlarımızı azad elədik. Siz törətdiyiniz qətliamlardan utanın!” 

2022-01-18 12:12:00

Selçuk Bayraktar Azərbaycana dəstəyini qınayan amerikalı akademikin cavabını verdi: “Biz torpaqlarımızı azad elədik. Siz törətdiyiniz qətliamlardan utanın!” 

Hurriyyet.az xəbər verir ki, dünyaca məşhur “Bayraktar TB2” dronlarını istehsal edən “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktar Massaçusets Texnologiya İnstitutunun akademiki, professor Maks Teqmarkın Qarabağ müharibəsində Azərbaycanın yanında olan Selçuk Bayraktarın ünvanına bildirdiyi “Selçuk Bayraktara təhsil verdiyimiz üçün utanırıq” fikirlərinə sosial şəbəkədəki hesabında belə cavab verib: “MTİ-də çalışan, adını ilk dəfə eşitdiyim bir akademik Qarabağ müharibəsi dövründə verdiyi müsahibədə “Selçuk Bayraktara təhsil verdiyimiz üçün utanırıq” deyib! Utanılacaq şeylər törətdiyiniz soyqırım və qətliamlardır. Biz torpaqlarımızı geri aldıq. Bununla ancaq fəxr edirik!” 

Hürr Tərcüman 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR