Saat:12:37
Haqqımızda

Şəkinin icra başçısı Elxan Usubovun göz qamaşdıran SƏRVƏTİ – SİYAHI/FOTO

2022-01-17 23:54:00

Şəkinin icra başçısı Elxan Usubovun göz qamaşdıran SƏRVƏTİ – SİYAHI/FOTO

Qanunvericilikdə məmurun bizneslə məşğul olması qadağan edilsə də, Şəkinin icra başçısı üçün bu qanun deyəsən, keçərli deyil.

İcra başçısı Elxan Usubovun adına iki şirkət var. Bununla bağlı məlumatı araşdırmaçı-jurnalist İsmayıl İslamoğlu “Facebook” hesabında paylaşıb.

“CHEMİCO CO LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1996-cı ilin iyulunda, “A.Q.T.İ.M.” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ilin fevralında qeydiyyatdan keçib.

Hər iki şirkətin təsisçisi və qanuni təmsilçisi Elxan Usubovdur.

“A.Q.T.İ.M.” MMC-nin hüquqi ünvanı olan, AZ1108, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, 2095-2096-CI MƏHƏLLƏdə isə oğlu yaşayır və orada qeydiyyatdadır. Şəkinin icra başçısı Elxan Usubovun şəkidə dağlar qoynunda geniş mənzərəli bir villası da mövcuddur. (fotonu bura yerləşdirmişəm)

İndi çıxıb təkzib etsin ki, o bizneslə məşğul olmur.

Bu arada, başçının digər əmlaklarının siyahısını da yazıram, bəlkə sizlər üçün maraqlı olar görəsən Elxan müəllimin daha nələri var?

Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil

– Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil

– Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında mənzil

– Şəkidə 5 ədəd dəbdəbəli malikanəsi

– Şəkidəki süd zavodu

– Şəkidə fəaliyyət göstərən sanatoriyalar

– Şəkidəki “Sünbül” çörəkbişirmə sexi

– Şəki, M.F.Axundov prospektində Hotel və Restoran

– Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri

– Oğuzda meşədə restoranı

– Ağstafada bir neçə obyektlər

– Mingəçevirdə obyektləri

– Bakıda, Şağan Sun City ərazisində böyük bağı

– Gürcüstanda böyük fındıq zavodu

Mənbə: Busaat.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR