Şəkidə ağır qəza - 2 nəfər öldü
2022-12-19 21:15:00

Şəkidə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var.
Hurriyyet.Az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.rayonun Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi 30-BK-823 dövlət qeydiyyat nişanlı "VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub.
Daha sonra idarəetmədən çıxan avtomobil yol kənarında dərəyə aşıb. Qəza zamanı sürücü xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan 2 azyaşlı isə hadisə yerində ölüb.
Qəzaya dumanlı havanın səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya