Şəki sakini üç aydır ki, sosial yardım niyə ala bilmir? - DÖVLƏT QURUMU ARAŞDIRDI

2022-04-15 15:09:00

Şəki sakini üç aydır ki, sosial yardım niyə ala bilmir? - DÖVLƏT QURUMU ARAŞDIRDI

Şəki şəhər Yeni Çələbixan qəsəbəsində 316 nömrəli evdə müvəqqəti məskunlaşan,  İsmayılov Murad Kamal oğlu "Hürriyyət"ə mövcud problemi ilə bağlı şikayət ünvanlayıb. O aztəminatlı ailə olduğu üçün üç aydır ki, ünvanlı sosial yardım ala bilmir. Şəki sakini saytımız vasitəsilə aidiyyatı qurumlara müraciət ünvanlayıb:

"2022-ci ilin yanvar ayının 14-dən dövlətimizin ayrdığı ünvanlı sosyal yardım almaq üçün aidiyyatı qurumlara  müraciət etmişəm. Artıq bu ayın 14-də 3 ay olacaq ki, hələ də ünvanlı sosial yardım ala bilmirəm. Sosial Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən yoxlamalar aparılmır. Səbəb də odur ki, üç ay bitəndən sonra yenidən sənəd toplanılması üçün vaxt uzadırlar. Dövlətimizin vətəndaşı üçün ayırdığı sosial yardım aztəminatlı ailəyə verilməsi üçündür, yoxsa xalqa zülm etmək üçün?... Xahiş edirəm ki, aidiyyatı qurumlara müraciətimizi araşdırsınlar".

Məsələylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumun İctimaiyətlə Əlaqələr departamentinin müdiri Rəşad Mehdili "Hürriyyət"ə deyib ki, Şəki şəhər Cəfərabad kənd sakini İsmayılov Murad Kamal oğlunun ünvanlı sosial yardım ala bilməməsi ilə bağlı şikayəti araşdırılıb:

"Şəki şəhər Cəfərabad kənd sakini İsmayılov Murad Kamal oğlunun ünvanlı sosial yardım ala bilməməsi ilə bağlı şikayəti araşdırılıb. Vətəndaş ünvanlı dövlət sosial yardımı ilə bağlı 03.03.2022-ci il tarixdə elektron qaydada müraciət edib. Lakin maddi-məişət şəraitinin müayinəsi zamanı ailənin Ərizə-bəyannamədə qeyd edilən ünvanda yaşamadığı müəyyən olunub və bu səbəbdən imtina verilib. Təmsilçi ilə telefon əlaqəsi yaradılıb, Murad İsmayılov Cəfərabad kəndində deyil, Yeni Çələbixan qəsəbəsində yaşadıqlarını deyib. Vətəndaşa Ərizə-bəyannamədə yaşadıqları ünvanı səhv qeyd etdiklərini, bu səbəbdən ünvanlı dövlət sosial yardımla bağlı yenidən elektron qaydada müraciət etmələri tövsiyə olunub".

YƏHYA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya