ŞƏKƏRLİ İÇKİLƏRƏ TƏTBİQ EDİLƏN VERGİ… - ÜST bu haqda dünya ölkələrinə çağırış edib

2022-06-07 23:35:00

ŞƏKƏRLİ İÇKİLƏRƏ TƏTBİQ EDİLƏN VERGİ… - ÜST bu haqda dünya ölkələrinə çağırış edib

Şəkərli qazlı və ya qazsız içkilərin insan sağlamlığına vurduğu zərərin minimuma endirilməsi məqsədilə, əhalinin şəkərli içkilərdən daha az istifadə etməsi məqsədilə bir çox dünya ölkələrində şəkərli içkilərə aksiz vergisi tətbiq edilir.

Məlumat üçün deyim ki, şəkərli içkilərə ilk dəfə aksiz vergisi 1930-cu ildə Danimarka da tətbiq edilmişdir. Almaniya və İsveçdə istehsal olunan şəkərli içkilərin Danimarka bazarını ələ keçirməsindən sonra 2013-cü ildən etibarən artıq bu vergi Danimarkada ləğv edildi. Meksika da şəkərli içkilərə vergini tətbiq edən ölkələrdən biridir. Araşdırma zamanı məlum olmuşdur ki, Meksikada şəkərli içkilərə vergi tətbiq edildikdən sonra bu cür məhsulların qiyməti 10-12% artmış və bu məhsulların istehlakı birinci il 5.5%, ikinci il isə 9.7% aşağı düşmüşdür.

Artıq postsovet ölkəsi olan Estoniyada da tərkibində hər 100 millilitr hesabına 5-8 qram şəkər olan içkilərin bir litrinə 0,10 avro (təxminən 20 qəpik) vergi tətbiq edir. İçkinin tərkibindəki şəkərin miqdarından asılı olaraq, bu göstərici üç dəfəyə qədər artırılır. Amerikanın bir neçə ştatı da şəkərli içkilərə vergi tətbiq etmişdir. Ümumiyyətlə hal-hazırda dünyanın 40-a yaxın ölkəsi, o cümlədən Bruney, Fransa, Meksika, Səudiyyə Ərəbistanı, Tayland və Birləşmiş Krallıq da daxil olmaqla şəkərli içkilərə vergi tətbiq edirlər. Çilidə 18%-ə qədər, BƏƏ-də 50%, Böyük Britaniyada isə əgər 100 ml 5 qram şəkər varsa hər litrinə 18 penni(təxminən 40 qəpik), 100 ml 8 qramdan yuxarı şəkər varsa litrinə 24 penni (təxminən 53 qəpik) vergi tətbiq edilir.

Böyük Britaniyada şəkərli içkilərə tətbiq edilən verginin nəticəsində dövlət büdcəsinə ildə 1 milyard funt sterlinq əlavə vəsait daxil olur.

Ümumdünya Səhiyyə Təşkilatı da 2016-cı ildə şəkərli içkilərin qiymətinin minimum 20% qaldırılması üçün bütün dünya ölkələrinə şəkərli içkilərə əlavə vergilərin tətbiq edilməsi barədə çağırış etmişdir.

Anar BAYRAMOV

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya