Saat:20:40
Haqqımızda

ŞƏKƏR XƏSTƏLƏRİNƏ AYRILAN DƏRMAN NİYƏ ÜNVANINA ÇATMIR? – Xəstələr TƏBİB-I ittiham edir / Şikayət

2024-04-15 15:14:00

ŞƏKƏR XƏSTƏLƏRİNƏ AYRILAN DƏRMAN NİYƏ ÜNVANINA ÇATMIR? – Xəstələr TƏBİB-I ittiham edir / Şikayət

“Hürriyyət” qəzetinin redaksiyasına bir qrup şəkər xəstəsi tərəfindən şikayət məktubu daxil olub. Xəstəxanalarda qeydiyyatda olduqları üçün adlarının açıqlanmasını istəməyən məktub müəllifləri TƏBİB-dən şikayət edirlər:

“Bizim adımız yalandan xəstəxanalarda qeydiyyatdadır. İllərdir şəkər üçün dərmanlar qəbul edirik. Hər ay pulsuz verilməli olan dərmanları ildə 1 və ya 2 dəfə alırıq. Ona görə, məcbur qalıb həmin dərmanları öz pulumuzla apteklərdən alırıq.

Dövlət bu dərmanları verir, amma həkimlər “yoxa çıxarırlar”. Bunun günahı da TƏBİB-dədir.

Dəfələrlə müraciət etməyimizə baxmayaraq, heç bir yerdən cavab yoxdur. Görün, “Sağlamlıq Ocağı” adı altında xəstələrin başına nə oyun açırlar. Dövlət tərəfindən biz xəstələrə ayrılan dərman pulları TƏBİB tərəfindən mənimsənilir. Məsələn, 100 min xəstə var, onun 50 min adamı “Amaril 4mq”, 30 mini “Amaril 3mq”, 20 mini də “Amaril 2mq” qəbul edir. Bunların içində ən ucuzu “Amaril 2mq”-dir. “Amaril 4mq” aptekdə 8 AZN, “Amaril 2mq” 4 AZN, “Amaril 3mq” 6 AZN-ə satılır. Bu qədər pullar hara, nəyə gedir, bilinmir.

Xəstələr də ölməsinlər deyə öz ciblərindən dərman alırlar. Ona görə, biz bunu TƏBİB və dəstəsinin oyunu adlandırırıq.

Bir də belə hal var ki, xəstəyə “Amaril 4mq” ümumiyyətlə verilmir. Çünki digərlərinə nisbətən bahadır. Xəstələrə əsasən “Amaril 2mq” verilir. Biz xəstələr də məcbur olub, götürürük və 14 tabletka əvəzinə 2 tabletka atırıq, o da tez qurtarır.

Həkim bizə “Qlukofaj” dərmanı yazırsa, onu da bizə vermirlər ki, yoxdur. Əvəzinə “Metforix” verirlər. “Qlukofaj” da aptekdə 8 manatdır. İndi hesablayın, görün, bunlar nə qədər yeyinti edirlər.

Həkimlərin hamısının dilində bircə söz var, get TƏBİB-ə şikayət et. O qruma da heç kəs, heç nə deyə bilmir, özü özünün ağasıdır.

Odur ki, dövlət xəstəxanaları nəzarətə götürülməlidr. İnsanları bu yolla qırdıqları bəsdir”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.209466