Səidə Bəkirqızının veriliş zamanı halı PİSLƏŞDİ – Xəstəxanaya yerləşdirilib
2025-11-27 16:02:54
Tanınmış jurnalist və televiziya aparıcısı Səidə Bəkirqızının verilişin çəkilişi zamanı səhhəti qəfil pisləşib və studiyada yıxılıb.
Hurriyyet.az xəbər verir ki, hadisə yerində dərhal çəkiliş komandası tərəfindən Təcili Tibbi Yardım briqadası çağırılıb.
Həkimlərin ilkin yardım göstərməsindən sonra Səidə Bəkirqızı təcili yardım maşını ilə “Kəpəz” Klinikasına aparılıb və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin pisləşməsinə səbəb hələ də müəyyən edilməyib.
Aparıcının səhhəti ilə bağlı ətraflı məlumatın yaxın saatlarda açıqlanacağı bildirilib.
Milli.Az
