Saat:04:35
Haqqımızda

SƏHV GÖRMÜRÜK ÖZÜMÜZDƏ

2024-02-06 21:24:54

SƏHV GÖRMÜRÜK ÖZÜMÜZDƏ

Rüşvət alıb, kiçilsək də,
Böyüyürük gözümüzdə.
Özgədə min səhv taparıq,
Səhv görmərik özümüzdə.

Şərəfsizə ad veririk,
Şərəfliyə "yad" deyirik,
Anamıza xoş bilirik
"Mama" deyək dilimizdə.

Bir-biriylə tutuşmayır,
Vədimiz də, sözümüz də.
Milyonların halal pulu,
Gəzir məmur cibimizdə. 

Günü-gündən qara gəlir
Ayımız da, ilimizdə,
Hey deyillər şərait çox,
İş tapılmır elimizdə.

Prokrorum cinayətkar,
Cinayətlər həddin aşar,
Yalan yaman uzun yaşar,
Haqq görünməz içimizdə.

Elə bil göylərə uçub,
Ruzi, çörək, binimiz də,
Yaman Allahsız olmuşuq,
Kömək etmir dinimiz də.

ŞAMİL

15.12.2023

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.300469