Saat:13:49
Haqqımızda

“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə

2024-11-21 16:55:14

“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə

Ölkənin ən böyük ət məhsulları istehsalçısı olan “Səhliyalı” Kiçik Müəssisəsi cərimələnib.

Hurriyyet.az xəbər verir ki, aparılan yoxlama zamanı məlum olub ki, müəssisə İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 448-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

“Səhliyalı” şirkəti ilə bağlı iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. 22 noyabr tarixində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, Səhliyalı” Kiçik Müəssisəsi 1996-cı ildə fəaliyyətə başlayıb. Şirkətin “1000 bərəkət, halal nemət” ticarət nişanı isə 2009-cu ildən bəri fəaliyyətdədir.

“Səhliyalı” şirkətinin direktoru Rövşən Knyaz oğlu Səmədovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Tribunainfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.204616