Səhiyyə Nazirliyinin 18.5 milyonluq tenderi ləğv edildi
2025-06-04 09:27:10

Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətinin Bakı şəhəri , Sabunçu rayonu, Maştağa qəsəbəsində layihələndirilən İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisinin davamı ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Hurriyyet.az-ın xəbərinə görə, Bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qərar qəbul edib.
Ləğvedilmənin səbəbi açıqlanmayıb.
Tenderin dəyəri 18 522 080 AZN olub.
Pravda.az
